Şahbaz Şərif: Pakistan-Azərbaycan münasibətləri qarşılıqlı dəstək və etimad üzərində qurulub

14:03 15.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bütün məsələlərdə, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə Pakistanın və Azərbaycanın mövqeləri üst-üstə düşür.

Hafta.az xəbər verir ki, bu fikri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

Baş nazir bildirib: “Pakistan və Azərbaycan qardaş xalqlardır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və qarşılıqlı etimad üzərində qurulub”.

Siyasət rubrikasından digər xəbərlər